Bakıda gənc motosikletçinin öldüyü qəzanın GÖRÜNTÜLƏRİ

11.05.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 10-u saat 06:05-də Bakının Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. 8 Noyabr prospektində hərəkətdə olan motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyildir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью