Bakıda “Gənc MÜSİAD” ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu keçiriləcək

31.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Noyabrın 1-də Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 keçiriləcək.

APA xəbər verir ki, forum Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutacaq.
Tədbirdə 50 ölkədən 3000-dən çox gənc sahibkarın, ümumilikdə isə 5000-dən artıq iştirakçının iştirakı gözlənilir.

Forum çərçivəsində:

- B2B görüşlər
- Regional ticarət və investisiya imkanları
- Startap ekosistemi və elektron ticarət
- Texnologiya transferi
- Universitet–sənaye əməkdaşlığı və digər aktual mövzular müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью