Bakıda gənc oğlan bibisinin evində özünü bıçaqladı

13.12.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda 23 yaşlı oğlan intihara cəhd edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayon 3-cü mədən küçəsi, 25 ünvanında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Ramil Almuran oğlu Murtuzov bibisinin yaşadığı evə qonaq gəlib. O, qonaq olduğu evdə özünə mətbəx bıçağı ilə zərbələr vurub. Qohumları onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.

Cərrahiyyə əməliyyatı edilən R.Murtuzovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Fakt hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью