Bakıda gənc oğlan bıçaqlanıb

15.11.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü Şirin Qafar oğlu İsmayılov tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью