Bakıda gənc oğlan bıçaqlanıb

15.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью