Bakıda gənc oğlan bıçaqlanıb YENİLƏNİB

15.11.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabunçu rayonunda 22 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Avtosfer.az xəbər verir ki, noyabrın 15-də saat 1 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində 2002-ci il təvəllüdlü Ş.İsmayılova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü E.Sadıqov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью