Bakıda gənc oğlan intihara cəhd edib

13.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bakının Binəqədi rayonunda 23 yaşlı oğlan intihara cəhd edib.

APA xəbər verir ki, hadisə Binəqədi rayon 3-cü mədən küçəsi 25 ünvanında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Murtuzov Ramil Almuran oğlu bibisinin yaşadığı evə qonaq gəlib.

O, qonaq olduğu evdə özünə mətbəx bıçağı ilə zərbələr vurub. Qohumları onu Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Cərrahiyyə əməliyyatı edilən R.Murtuzovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Fakt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью