Bakıda gənc oğlan özünü binadan atdı YENİLƏNİB

20.12.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bakının Qaradağ rayonu, Yeni şəhərcik yaşayış massivində yerləşən binanın 5-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Vüqar İlqar oğlu Əliyev hazırda Reanimasiya şöbəsindədir".

Bunu Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O bildirib ki, şəxs hazırda Reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir:

"19 dekabr, saat 17:04-də 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travma, 12-ci döş fəqərəsinin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Yaralıya ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdən keçirilib".

***

Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Yeni şəhərcik yaşayış massivi, bina 3 ünvanında qeydə alınıb.

1998-ci il təvəllüdlü Vüqar İlqar oğlu Əliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью