Bakıda gənc oğlan yol nəqliyyat hadisəsində ağır xəsarət alıb

21.01.2025

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Səbail rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report" xəbər verir ki, 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Azər oğlu kiçik elektrik nəqliyyat vasitəsi (skuter - red) hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, açıq kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью