Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi ərazisində baş verib.
2002-ci il təvəllüdlü Ramazanlı Ruslan Ramazan oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.