Bakıda gənc oğlanı avtomobil vurub

12.12.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nərimanov rayonunda 26 yaşlı oğlanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Əfruzadə Təlatüm Şahruz oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью