Icma.az, Apa.az saytına istinadən bildirir.
Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.
APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Paşazadə Rauf Sahil oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Sürücü hadisə yerindən yayınıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.