Bakıda gənc oğlanı maşın vurdu

13.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Nərimanov rayonunda 26 yaşlı oğlanı avtomobil vurub.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
 

Belə ki, 1998-ci il təvəllüdlü Əfruzadə Təlatüm Şahruz oğlu yolu keçərkən onu minik avtomobili vurub.


Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью