Bakıda gənc qadın itkin düşdü KONKRET

24.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aydır itkin düşüb. 

KONKRET.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-də səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, 2 yaşlı körpə uşağa atası baxır. Uşaq günlərdir ağlayır və hər kəs pərişan haldadır. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, qadını tapan şəxsə pul mükafatı veriləcəyi bildirilir.

İtkin düşən qadını görənlərdən 070 431 33 39 telefon nömrəsinə və ya polisə məlumat vermələri xahiş edilir./lent.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью