Bakıda gənc qadının evdə meyiti tapıldı Əri SAXLANILDI

01.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakıda, Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.

Oxu.Az "Qafqazinfo" ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Ləman Mehman qızı Vəliyeva kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.

Onu döyərək öldürməkdə şübhəli bilinən əri, 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью