Bakıda gənc qız lyuka düşdü VİDEO

23.02.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bakıda bədbəxt hadisə baş verib.

Ölkə.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lyukun içinə düşüb.

Sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar.

Onların ilkin olaraq qızı xilas etmək cəhdləri boşa çıxıb. Bu səbəbdən sürücü olan yardımsevərlərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lyukun içindən çıxarmağa müvəffəq olub.(Bakuplus.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью