Bakıda gənc qız yolnəqliyyat hadisəsində xəsarət alıb

06.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, motosiklet yolu keçən 2007-ci il təvəllüdlü Talıbova Zülfiyyə Atif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью