Bakıda gənc sürücü baxın necə “ikitəkər şou”su göstərdi VİDEO

29.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Cavadxan küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, kvadrisikllə hərəkətdə olan gənc oğlan yol boyu təhlükəli manevrlər edib. Belə ki, o, nəqliyyat vasitəsini təkərlərini yolun səthindən qalırıb və “iki təkər” üzərində “şou” göstərib.

Təəssüflə qeyd edək ki, bəzi sürücülər dövlət nömrə nişanın olmamasından istifadə edərək kobud qayda pozuntularına yol verirlər. Lakin bu, onların həyatını riskə atır və qəzalara səbəb ola bilər. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью