Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti olub

30.11.2024

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda "Gəncədən Bakıya" layihəsi çərçivəsində "Mahnı və romans" tədbiri keçirilib. SİA xəbər verir ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov Niyazinin "Vətən nəğməsi", Fikrət Əmirovun "Gülüm", Süleyman Ələsgərovun "Vətənimdir", Vasif Adıgözəlovun "Qərənfil", Ramiz Mustafayevin "Məlahət sultanı" romanslarını, Tofiq Quliyevin "Sevdiyim qız", "Lirik mahnı", Səid Rüstəmovun "Alagöz", Cahangir Cahangirovun "Ana", Sevil Əliyevanın "Qayıt əzizim", Ağabacı Rzayevanın "Könlüm" mahnılarını ifa ediblər.

Tədbir Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью