Bakıda gənclər arasında qanlı mübahisə TƏFƏRRÜAT | Icma.az
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonunda iki dostun arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 29-da baş verib.
Biləsuvar rayon sakini, 2003-cü il təvəllüdlü Dursun həmin gün saat 20:22-də tanışı Eldar ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edən Dursun bıçaqla Eldarın sol kürək nahiyəsindən bir dəfə qəsdən vurub.
Hadisəni törədən Dursunun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (ilahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, zərərçəkmiş Eldarı qardaşı Elçinin vasitəsi ilə tanıyıb: “Təxminən hadisədən 3-4 il əvvəl Eldarla eyni evdə bir qızın telefonu oğurlandı.
Tam oxu
Xəbəri oxu