Bakıda gənclərin təhlükəli əyləncəsi ilə bağlı DİN hərəkətə keçdi VİDEO

05.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Görüntülərdə əks olunan şəxslər müəyyən ediliblər. Barələrində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülür".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avtomobillərin hərəkət etdiyi yollarda, eləcə də piyadaların sıx olduğu ərazilərdə diyircəkli konkilərdən və digər nəqliyyat vasitələrindən təhlükəli şəkildə istifadə etmək həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır:

"Valideynləri və yeniyetmələri belə təhlükəli hərəkətlərdən çəkinməyə, yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq".

01:48

Avtomobillərin intensiv hərəkət etdiyi yolda əks istiqamətdə hərəkət edirlər. Digərləri isə piyadaların sıx olduğu ərazidə təhlükəli manevrlərə yol verirlər.

"Cebheinfo.az" "Xəzər" TV-yə istinadla xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə bəzi yeniyetmə və gənclərin konkiləri təhlükəli şəkildə idarə etmələri ilə bağlı görüntülər yayılır.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, həmin vasitələrlə nəinki magistrallarda, hətta kiçik elektrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulan yollarda da hərəkət etmək doğru deyil.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью