Bakıda gimnastika üzrə Dünya Kuboku həyəcanı başlayır

05.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kuboku start götürəcək.

İdman.Biz xəbər verir ki, 5-7 iyunda Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Akrobatika gimnastikasında Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna komandalarının üzvləri çıxış edəcəklər.

Akrobatika gimnastikası üzrə Dünya Kubokunda milli komandamızın yeddi üzvü bacarığını nümayiş etdirəcək. Daniel Abbasov - Murad Rəfiyev və Seymur Cəfərov - Rəsul Seyidlidən ibarət kişi cütlükləri, həmçinin Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu medallar uğrunda yarışacaq.

Aerobika gimnastikası üzrə Dünya Kubokunda isə Azərbaycanla yanaşı Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna təmsilçiləri çıxış edəcəklər.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışlar musiqi, ritm, sinxronluq və yüksək fiziki hazırlığın ön plana çıxdığı beynəlxalq mübarizə kimi diqqət çəkir. Azərbaycan gimnastları doğma arenada azarkeşlər qarşısında uğurlu nəticə qazanmağa çalışacaqlar.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью