Bakıda gimnastika üzrə qaliblər bəlli olub

13.09.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

10–12 sentyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində gimnastika üzrə yarış keçirilib.

Apasport.az xəbər verir ki, üç gün davam edən yarışda müxtəlif yaş kateqoriyalarından olan gimnastlar bacarıqlarını nümayiş etdiriblər.

Yarışın son günündə 2014–2015-ci il təvəllüdlü yeniyetmələr iki qrup üzrə bir alət proqramında çıxış ediblər. Daha sonra bu yaş kateqoriyasında çoxnövçülük proqramının qalibləri mükafatlandırılıblar.

2011–2012-ci il təvəllüdlü gənc gimnastlar da bir alət proqramında mübarizə aparıblar. Bu kateqoriyada çoxnövçülük üzrə fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.

Günün ikinci yarısında qrup hərəkətləri üzrə yarışlara start verilib. 2016–2018-ci il təvəllüdlü balaca gimnastlar topla, 2013–2015-ci il təvəllüdlü yeniyetmələr isə lentlə çıxış ediblər.

Sonda hər iki yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblər mükafatlandırılıblar.

Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub Gimnastlarımızdan Dünya kubokunda qızıl medal Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью