Bakıda Golden Cup başlayır Şəkillər

07.05.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda "Golden Cup" başlayır - Şəkillər

Mayın 10-dan iyun ayının 5-dək Bakıda 18 yaşadək komandalar arasında "Golden Cup" turniri təşkil olunacaq.

QOL.az-ın məlumatına görə, yarışda həvəskar səviyyəli komandalar yarışacaq. Turnir Azərbaycanda futbolun kütləviliyinin artırılmasına xidmət edir.

İlk dəfə təşkil olunacaq turnirdə ümumilikdə 12 komanda mübarizə aparacaq. İştirakçılar hər birində 3 komanda olmaqla 4 qrupa bölünəcəklər. Hər qrupdan iki komanda isə növbəti mərhələyə yüksələcək. 

Yarışın qrup mərhələsinən sonra ardıcıl olaraq 1/4 final, yarımfinal, final matçları oynanılacaq. Turnirin oyunları hər həftənin şənbə və bazar günləri Su İdman Sarayının süni örtüklü futbol meydançasında keçiriləcək. Yarış ümumilikdə 4 həftəni əhatə edəcək. 

Final matçı iyun ayının 5-də oynanılacaq.

Turnirin əsasnaməsinə görə, hər bir iştirakçı komandada yalnız 1 nəfər 20 yaşadək futbolçu yer ala biləcək.

"Golden Cup"un qaliblərinə pul mükafatı, medallar və başqa hədiyyələr təqdim olunacaq.


Yuxarı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью