Bakıda göldən meyit tapılıb | Icma.az
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Bakıda süni göldən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində süni göldən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu