Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Moskva-Bakı reysi ilə Azərbaycana gətirilən, gömrük orqanına bəyan edilməyən 9 900 həb və 250 iynə dərman vasitəsi aşkarlayıblar.
“Yeni Sabah” xəbər verir ki, Rusiya vətəndaşının baqaj və əl çantalarına gömrük nəzarəti zamanı şübhəli təsvirlər müəyyən edilib.
Stasionar rentgen qurğusunda aparılan yoxlamadan sonra çantalar ətraflı yoxlanılıb. Nəticədə 5 adda, ümumilikdə 9 900 həb və 250 iynədən ibarət dərman vasitələrinin gömrük orqanına bəyan edilmədiyi üzə çıxıb. Sərfəli qiymətə məhsullar
Faktla bağlı araşdırma aparılır.