Bakıda görülməmiş şou baş tutdu

05.06.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda ilk dəfə Dənizkənarı Bulvarda keçirilən su sirki layihəsi “Bir axşam sahildə”nin açılışı baş tutub.

Gununsesi.info xəbər verir ki, gecədə Xalq artistləri Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Nigar Camal, Aysel Teymurzadə, Mehin Hümbətova, Nuran, Çinarə Məlikzadə, aparıcılar Zümrüd Bədəlova, Hacı Nuran Hüseynov, Samir Bayramlı, Könül Muxtarova və başqaları iştirak edib.

Layihənin ulduzları gənc müğənnilər İsmail Zadə və Kəmalə Əliyevadır. Layihə ötən Qız qalasının qarşısında start götürüb, xüsusi səhnə ilə şəhərin mərkəzi böyük bir tamaşa məkanına çevirilib. Su, musiqi, texnologiya və emosiyaların bir araya gəldiyi şou 5-6 iyun tarixlərində də davam edəcək. Biletləri iticket.az-dan əldə edə bilərsiniz.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью