Bakıda gözəgörünməz xətlər kamerada aydın görünür Müəmmalı protokollar VİDEO

16.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl paytaxtın Teymur Elçin və Lermontov küçələrinin kəsişməsində kameralar vasitəsilə elektron protokolların tərtib edilməsi barədə məlumat vermişdik. Son günlər həmin ərazidə cərimələnən bir neçə sürücü redaksiyamıza müraciət edərək nişanlanma xəttinin aydın görünmədiyini bildiriblər. Avtosfer.az-ın əldə etdiyi görüntülərdən də açıq şəkildə görünür ki, qoşa xəttin son hissəsi silinib və faktiki olaraq görünməz vəziyyətdədir. Bu səbəbdən sürücülər həmin yerdən sola dönərək manevr edirlər. Lakin yuxarıdan çəkilən kamera görüntülərində sanki xətt tam görünürmüş kimi əks olunur. Protokollara əlavə edilən fotolarda xətt görünsə də, nəqliyyat vasitəsini idarə edən zaman bu mümkün olmur.

Fərid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью