Bakıda Grandmart işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı

23.06.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bakıda "Grandmart" marketlər şəbəkəsinin əməkdaşları arasında bıçaqlaşma olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında baş verib.

Marketlər şəbəkəsinin satış müdiri Seyid Əli şəbəkənin "WhatsApp" qrupunda marketin mallarının sayında əskik olması barədə məlumat yazıb və nəticədə satış şöbəsinin meneceri Fuadla aralarında mübahisə yaranıb. Mübahisə şəxsi yazışmada daha da qızışıb və şöbə müdiri ilə menecer görüşməyi qərara alıblar.

Tərəflər metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında görüşüblər və dava yaranıb. Dava zamanı Seyid Əli Fuadı ürəyindən və ayağından bıçaqlayıb.

Fuad yaralı vəziyyətdə öz avtomobili ilə xəstəxanaya gəlib və orada əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Seyid Əli üç il müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью