Bakıda güclü külək AĞACLARI AŞIRIB

16.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir.

Oxu.Az xəbər verir ki, hava şəraiti ilə əlaqədar Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində ağaclar aşıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aşan ağac artıq ərazidən götürülüb.

"Aşan ağac dərhal birliyin operativ qrupları tərəfindən ərazidən götürülüb. Qeyd edək ki, birlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью