Bakıda güclü külək əsəcək XƏBƏRDARLIQ

03.07.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyulun 3-ü günün ikinci yarısından 6-dək küləkli hava şəraiti gözlənilir.

Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью