Bakıda güclü külək iki qadını xəstəxanalıq etdi

28.08.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda güclü küləkli hava şəraiti nəticəsində iki qadın xəsarət alıb.

Lent.az xəbər verir ki, zərərçəkənlər Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunublar.

Ötən gün saat 20:20 radələrində 1952-ci il təvəllüdlü qadın güclü küləyin təsiri ilə yıxılaraq xəsarət alıb. Tibbi müayinə zamanı ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib.

Saat 20:40 radələrində isə 1987-ci il təvəllüdlü qadın güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub.

Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşlara ehtiyatlı olmağı, açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağı tövsiyə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью