Bakıda güclü şimal qərb küləyi əsir FAKTİKİ HAVA

21.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürəti saniyədə 25 metrə çatır.

"Müşahidə olunan küləkli hava şəraiti bu gün ərzində davam edəcək. Sabah səhər saatlarında küləyin sürətinin zəifləyəcəyi proqnozlaşdırılır", - deyə o qeyd edib.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью