Bakıda güclü yanğın: FHN açıqlama yaydı VİDEO

16.07.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300kv.m. olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən, hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən hotelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10kv.m. sahədə yanıb.

Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью