Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Xəzər rayonu ərazisində güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, hazırda ərazini qara və qatı duman bürüyüb. Sakinlər bundan narahat olduqlarını bildiriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, yanğın Binə qəsəbəsində açıq ərazidəv başlayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın nəzarətə götürülüb. Hazırda alovun söndürülməsi istiqamətində iş gedir.