Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Qurumdan KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək.
23:44
Bakıda güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.