Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Bakıda keçiriləcək U-17 dünya çempionatı çərçivəsində Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları azarkeşlərlə görüşəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, “İmza mərasimi” zamanı güləş həvəskarları tanınmış idmançılarla görüşmək, onlardan imza almaq və xatirə şəkli çəkdirmək imkanı əldə edəcəklər.
Görüşlərin proqramı aşağıdakı kimidir:
27 iyul – Fərid Mansurov (15:30–16:00)
28 iyul – Taleh Məmmədov (14:45–15:15)
29 iyul – Rəsul Çunayev (13:45–14:15)
30 iyul – Rafiq Hüseynov (14:45–15:15)
31 iyul – Toğrul Əsgərov (14:45–15:15)
1 avqust – Namiq Abdullayev (14:45–15:15).
İmza mərasimləri Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.