Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda iki aylıq hamilə qadın dəm qazından dünyasını dəyişib. Hadisə dünən baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Yevlax rayon sakini 21 yaşlı Nuranə Elçin qızı dəm qazından boğularaq dünyasını dəyişib.
21 yaşlı gənc qadın üç ay imiş Bakı şəhərinə ərə gedib. Hadisə də paytaxtda baş verib.
Onu da qeyd edək ki, bədbəxt hadisə nəticəsində Nuranə iki aylıq hamilə imiş.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu