Bakıda hava çiskinli olacaq

22.11.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə havanın çiskinli olacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью