Bakıda hava ilə bağlı VACİB MƏLUMAT İki gün davam edəcək

22.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda tozlu hava şəraiti müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1,2-1,3 dəfə çoxdur.

Məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır. Tozlu hava cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub. pizza

Qeyd olunub ki, meteoroloji vəziyyətdən asılı olaraq tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью