Bakıda havanı daha çox avtomobillər çirkləndirir? AÇIQLAMA

07.09.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Şəhər mühitində atmosfer havasının çirklənməsinə və mikroiqlimə təsir göstərən çoxsaylı amillər mövcuddur. Sənaye müəssisələri, enerji və istilik istehsalı zamanı yaranan emissiyalar, tikinti və söküntü işləri, tozlanma, məişət tullantılarının yandırılması, eləcə də tikinti materiallarının istehsalı şəhər atmosferinə mənfi təsir edən əsas amillər sırasındadır. Bu amillərlə yanaşı, nəqliyyat vasitələrinin atmosferə buraxdığı zərərli qazların da havanın keyfiyyətinə təsiri müzakirə olunur.

Avtosfer.az xəbər verir ki, nəqliyyat sektorunda emissiyaların azaldılması məqsədilə Bakı şəhərində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin, o cümlədən avtobusların istifadəsinin genişləndirilməsi istiqamətində işlər aparılır. Həm dövlət xətti ilə, həm də özəl daşıyıcı şirkətlər tərəfindən avtobus parkının daha ekoloji nəqliyyat vasitələri ilə yenilənməsi həyata keçirilir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, atmosferə atılan zərərli emissiyalar yalnız avtomobillərdən qaynaqlanmır:


"Şəhər mühitində iqlimə və atmosfer havasına təsir edən çoxsaylı amillər var. Bunlara sənaye müəssisələri, zavod və fabriklərdən atılan qazlar, enerji, elektrik və istilik istehsalı zamanı yaranan emissiyalar daxildir. Bundan başqa, tikinti və söküntü işləri, xüsusilə toz və xırda hissəciklər də atmosfer havasına mənfi təsir göstərir. Məişət tullantılarının yandırılması, tikinti materiallarının, o cümlədən sement və asfaltın istehsalı, həmçinin tikinti sahələrində, açıq torpaq ərazilərində və yol kənarlarında yaranan tozlanma da şəhərin atmosferinə və ümumi mikroiqliminə mənfi təsir edən amillərdəndir. Bu baxımdan, avtomobillərdən atmosferə buraxılan zərərli qazların miqdarı sadalanan digər amillərlə müqayisədə daha azdır. Nəqliyyat sektorunda isə şəhər nəqliyyatından atmosferə buraxılan zərərli emissiyaların azaldılması məqsədilə müəyyən qərarlar mövcuddur. Bakı şəhərində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin, o cümlədən avtobusların istismarı nəzərdə tutulur və bu istiqamətdə artıq müəyyən işlər görülür. Həm dövlət xətti ilə, həm də özəl daşıyıcı şirkətlər tərəfindən avtobusların ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilir".

Fatimə Dadaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью