Bakıda havanı ən çox bu rayonlar çirkləndirir Tam siyahı

07.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Azərbaycanda il ərzində atmosferə 144 min 432,4 ton çirkləndirici maddələr atılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, atmosferə atılan çirkləndirici maddələrin 73%-i və ya 105 min 291,5 tonu paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, Bakıda atmosferə atılan çirkləndirici maddələrin isə təxminən yarısı 2 rayonun –  Nizami və Səbail rayonlarının payına düşüb.
Paytaxt Bakının rayonlarından atmosferə atılan çirkləndirici maddələrin miqdarı aşağıdakı kimi olub:
Nizami rayonu – 33 718,4 ton
Səbail rayonu – 28 642,3 ton
Pirallahı rayonu – 21 173,7 ton
Qaradağ rayonu – 10 655,3 ton
Xətai rayonu – 4 539,5 ton
Xəzər rayonu – 1 620,2 ton
Sabunçu rayonu – 1 298,9 ton
Suraxanı rayonu – 1 125,5 ton
Binəqədi rayonu – 980,4 ton
Nərimanov rayonu – 800,5 ton
Nəsimi rayonu – 496 ton
Yasamal rayonu – 240,8 ton
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью