Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.
XQ xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.