Bakıda həbsxananın damı uçdu

01.06.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью