Bakıda hədə qorxu və oğurluq hadisələri ilə bağlı 3 nəfər saxlanıldı

04.09.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью