Bakıda həftəsonu qar yağacaq? RƏSMİ

04.02.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yaxın günlərdə hava şəraitinin dəyişkən olacağı, həftə sonu isə qar və sulu qarın yağması ehtimal olunur. Bu barədə "accuweather.com" və "az.meteocast.net" kimi hava proqnozu saytlarında məlumat var.

Milli Hidrometerologiya Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı və Abşeron yarımadasında yağıntı ilə bağlı xəbərlər hələ dəqiq hesab olunmur.

“Hazırda Bakıda və Abşeronda hava şəraiti küləklidir deyə yağıntılarla bağlı məlumatlar fevralın 6-da ictimaiyyətə təqdim ediləcək”, - deyə qurumun məlumatında qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью