Bakıda həkimə müraciət edən qadın 21 gün sonra öldü: Cinayət işi açıldı

11.12.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi açılıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də əməliyyat üçün "Reo-Med" klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib.

Onun ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью