Bakıda həmcinsini aldadıb pullarını alan qadın TUTULDU

29.04.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Qaradağ rayonu ərazisində bir qadının iki naməlum şəxs tərəfindən aldadılaraq 450 manat dəyərində qızıl-zinət əşyasının ələ keçirilməsi barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Digər şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью