Icma.az, Modern.az saytına istinadən bildirir.
Bakıda daha bir kütləvi dava olub.
Modern.az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında qeydə alınıb.
Naməlum səbəbdən iki qrup gənc arasında qarşıdurma yaranıb.
Əldə etdiyimiz məlumata görə, polis insidentlə bağlı araşdırma aparır.
Qeyd edək ki, 2 gün əvvəl də Xətai rayonu Əhmədli qəsəbəsində kütləvi dava olub. Dava zamanı "Ceyhun Sabunçu" kimi tanınan şəxs qətlə yetirilib.