Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş kitablar gətirən
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Suraxanı rayon sakini 1982-ci il təvəllüdlü Zahir Xafisova Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini
Cinayət işinin materialları baxılması üçün rayon məhkəməsinə göndərilib.
Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il noyabrın 3-ü Azərbaycanı Türkiyə istiqamətində tərk edərək İstanbul şəhərinə gedib.
Oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və bunu əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni “Abdullah Yolcu.
Ehl-i Sünnet vel-cemaate göre İman”, “Müsned el-Kahtani. Küçük ve gizli şirk”, “Tevhid risalesi”, “Muhammed bin Abdulvahhab ve Need uleması.
EdDürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitabları müxtəlif yollarla əldə etməklə noyabrın 7-si İstanbul-Bakı reysi ilə ölkəmizə gətirib.
O, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində həmin kitabları dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb.